[b]Millimiz “5”in astanasında[/b]
30.08.2017 - 17:48
21 yaşadək futbolçulardan Azərbaycan yığması AÇ-2019-un İsraillə oyununa seriya ilə yollanıb. Apasport.az saytının məlumatına görə, millimiz ardıcıl 4 seçmə oyunudu uduzmur.
Yaşar Vahabzadənin yetirmələri seriyanı sabah da davam etdirsə, “5”ə çatacaq. Bu da komandamızın mütləq rekordudu.
Yığmamız sonuncu dəfə 2015-ci il noyabrın 13-də Almaniya səfərində uduzub – 1:3. Ardınca Rusiya (3:0, 2:2) ilə iki qarşılaşmada 4 xal əldə edən millimiz Farer adaları (1:1) və Finlandiya (0:0) ilə matçlarda da yenilməz qalıb.
0
0