[b]Millimiz böyük hesabla məğlub oldu[/b]
07.07.2017 - 15:18
Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf Turnirində 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması son oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futbolçularımız finlandiyalı həmyaşıdları ilə qarşılaşıb.
Görüş finlandların 5:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, turnirin ilk matçında yığmamız Maltaya 1:2 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Estoniyaya qalib gəlmişdi – 4:1.
0
0