[b]Millimiz bu dəfə darmadağınla qalib gəldi[/b]
17.08.2016 - 21:04
[b]Millimiz bu dəfə darmadağınla qalib gəldi[/b]

Dünya çempionatının final mərhələsinə hazırlaşan futzal üzrə milli komandamız növbəti hazırlıq matçına çıxıb. Apasport.az saytının məlumatına görə, millimiz bu gün Daşkənddə Özbəkistan yığması ilə qarşılaşıb.

 

Görüş 6:2 hesabı ilə futzalçılarımızın xeyrinə başa çatıb.

 

Millimizin heyətində Teles Martins 4 qol vurub. Hərəyə 1 dəfə Fineo de Araujo və Vilyams fərqlənib.

 

Qeyd edək ki, yığma komandamız dünən də bu komanda ilə qarşılaşmış və həmin oyun 2:2 hesablı bərabərliklə nəticələnmişdi.