[b]Millimiz bu gün başladı[/b]
21.03.2016 - 13:05
[b]Millimiz bu gün başladı[/b]

Futbol üzrə Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına start verilib. Apasport.az saytının məlumatına görə, bu gün qonşu ölkəyə yola düşən komandamız qarşıdakı oyunun hazırlığına artıq başlayıb.

 

Millimizin hazırlığı martın 27-dək davam edəcək. Robert Prosineçkinin yetirmələri toplanış çərçivəsində martın 26-da, Bakı vaxtı ilə saat 19:00-da Qazaxıstan millisi ilə yoxlama görüşünə çıxacaq.

 

Qeyd edək ki, millimizin baş məşqçisi Prosineçki toplanışa 25 futbolçu dəvət edib.