[b]Millimiz İranla qarşılaşacaq[/b]
14.01.2017 - 00:01
[b]Millimiz İranla qarşılaşacaq[/b]

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən 1999-cu il futbolçulardan ibarət millimizin növbəti rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, C qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşmış komandamız İran yığması ilə qarşılaşacaq.

 

Cənub qonşularımız son matçda Moldovalı həmyaşıdlarına 5:0 hesabı ilə qalib gələrək qrupda 3-cü yeri tutub və 9-16-cı yerlər uğrunda mübarizədə millimizə rəqib olub.

 

Görüş yanvarın 15-də saat 15:15-də start götürəcək.