[b]Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşdü[/b]
13.12.2016 - 12:52
[b]Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşdü[/b]

2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.

 

Azərbaycan millisi 11-ci qrupda yer alıb. Yığmamız İrlandiya, Ukrayna və Bolqarıstanla mübarizə aparacaq.

 

Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar, həmçinin “üçüncülər” arasında ən yaxşı nəticəyə malik 4 komanda elit-raunda vəsiqə əldə edəcək.

 

Qeyd edək ki, final mərhələsinin meydan sahibi İngiltərə və yarışa elit-raunddan başlayacaq Almaniya ilə Portuqaliya seçmə mərhələdən azaddı.