Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi dünya reytinqində 10-cu pillədəki mövqeyini qoruyub.
Aprelin əvvəlində açıqlanan siyahı ilə müqayisədə xalı da dəyişməz qalan yığmamızın aktivində 1403 xal var. Komandamız 9-cu olan Qazaxıstandan 58 xal geri qalır.
Ümumiyyətlə, siyahıda ciddi dəyişikliklər baş verməyib. Braziliya millisi zirvədəki, İspaniya 2-ci sıradakı mövqeyini qoruyub. İlk “üçlüy”ü Rusiya qapayır.
Dünyanın ən güclü 10 millisi
1. Braziliya - 1933
2. İspaniya - 1913
3. Rusiya – 1724
4. İtaliya – 1666
5. Argentina – 1613
6. İran - 1604
7. Portuqaliya - 1576
8. Ukrayna – 1500
9. Qazaxıstan – 1461
10. AZƏRBAYCAN – 1403