[b]Millimiz qalib gəldi[/b]
03.03.2017 - 11:12
Dubay şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşıb.
Görüş 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamızın qollarını Aysun Əliyeva, Nigar Cəlilli və Sevinc Cəfərzadə vurub.
0
0