[b]Millimiz Skopyedə qalib oldu[/b]
20.06.2016 - 16:14
[b]Millimiz Skopyedə qalib oldu[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Makedoniyanın Skopye şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində iştirak edib. Apasport.az saytının məlumatına görə, yığmamız turnirin qalibi olub.

 

Buna səbəb millimizin istirahət etdiyi son turun nəticəsidi. İlk oyunda meydan sahibləri ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Makedoniya futbolçuları 4:2 (ümumi hesab 6:4) hesabı ilə qalib gəlib. Növbəti oyunda xorvatiyalı həmyaşıdları ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Son oyunda isə Xorvatiya və Makedoniya yığmaları üz-üzə gəlib və oyun birincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qaydalara görə, penalti zərbələri ilə qalib gələn komandanın aktivinə 2, məğlubun isə 1 xal əlavə edilir. Yekunda 4 xal toplayan millimiz UEFA İnkişaf turnirinin qalibi olub.   

 

16 iyun

Azərbaycan - Makedoniya 2:2 (pen. 2:4)

18 iyun

Azərbaycan - Xorvatiya 3:1

20 iyun

Xorvatiya - Makedoniya 6:0

 

Mənbə: affa.az