Qadın voleybolçulardan ibarət Azərbaycan yığması tarixi rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, millimiz buna Avropa çempionatının yarımfinalına çıxmaqla nail olub.
Belə ki, bu zamana qədər ən yaxşı nəticəmiz 2005-ci ildə, Xorvatiyanın paytaxtı Zaqrebdə qeydə alınmışdı. Həmin turnirdə də yığmamız yarımfinala kimi irəliləmişdi. Lakin orda son iki matçda məğlub olan millimiz çempionatı 4-cü pillədə başa vurmuşdu.
Lakin bu dəfə voleybolçularımızın tarixi nailiyyətə imza atmaq şansı böyükdür. Doğma divarlar arasında keçirilən çempionatda komandamız Hollandiyanı məğlub etsə, bu, artıq yeni rekord olacaq.
Bununla yanaşı qazanılacaq hər bir medal millimiz üçün ilk hesab olunacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”