[b]Futzalçılarımızdan böyükhesablı qələbə - YENİLƏNİB[/b]
07.04.2018 - 15:47
[b]Futzalçılarımızdan böyükhesablı qələbə - YENİLƏNİB[/b]

Bu gün Bakıda keçirilən Türk Şurası Universitet İdman Oyunları çərçivəsində futzal matçı baş tutub. Apasport.az saytının məlumatına görə, turnirin qalibi adı uğrunda matçda Azərbaycan və Türkiyə milliləri üz-üzə gəlib.

 

Texniki Universitetin idman zalında baş tutan qarşılaşmada 11 qol vurulub. Rəqibindən aşkar üstün olan Joze Alesionun yetirmələri 9:2 hesabı ilə qalib gəlib.

 

Bununla da komandamızın Universiadanın ilk qalibi olub və qızıl medallara yiyələnib.

 

Türk Şurası Universitet İdman Oyunları

7 aprel

Azərbaycan – Türkiyə - 9:2

Qollar: Ramiz Çovdarov (3), Kənan Manafov (3), Fərid Atakişiyev, Elşən İbrahimxəlilov, Oktay Rüstəmli - Tuqay Şahin, Abulbatip Tuncay

Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov (hamısı Azərbaycan)

Azərbaycan Texniki Universitetin idman zalında