[b]Millimiz turnirə məğlubiyyətlə başladı[/b]
07.05.2018 - 15:50
[b]Millimiz turnirə məğlubiyyətlə başladı[/b]

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasına beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, “Slovakia Cup 2018” turnirində çıxış edən Azərbaycan U-19 millisi Macarıstanla qarşılaşıb.

 

Vüqar Məmmədin yetirmələri meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Komandamızın yer aldığı A qrupunun digər oyununda  meydan sahibləri və Uels qarşılaşacaq.

 

Qeyd edək ki, B qrupunun ilk oyununda ABŞ Qazaxıstanı 8:0 hesabı ilə yenib. Digər görüşdə Ukrayna və Çexiya üz-üzə gələcək.