Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha iki komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, Afrika Millətlər Kubokunun yarımfinalından sonra Mərakeş və Misir yığmaları Kolumbiyada keçiriləcək mundiala vəsiqə əldə edib.
Sonuncular Zambiyanı 5:4, mərakeşlilər isə Mozambiki 4:1 hesabı ilə məğlub edərək, qitə çempionatının finalına yüksəlib. Bu isə onlara DÇ-2016-da çıxış imkanı verib. III yer uğrunda oyunun qalibi də mundialda Afrikanı təmsil etmək hüququ qazanacaq.
Bununla da sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək final mərhələsinə vəsiqə qazananların sayı 19-a çatıb. Meydan sahibi Kolumbiya ilə yanaşı, son dünya çempionu Braziliya, həmçinin Argentina, Paraqvay Cənubi Amerikanı, Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam Asiyanı, Solomon adaları Okeaniyanı, Misir, Mərakeş Afrikanı, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya, Portuqaliya, İtaliya Avropanı təmsil edəcək. Qrup mərhələsində Azərbaycan millisinin potensial rəqiblərinin sayı isə 18-di. Munaidlın son 5 iştirakçısından 4-ü KONKAKAF zonasını, 1-i Afrikanı təmsil edəcək.