[b]Millimiz üstünlüyü əldən verdi[/b]
09.08.2016 - 10:00
[b]Millimiz üstünlüyü əldən verdi[/b]

Qazaxıstanın Şımkent şəhərində keçirilən “Prezident kuboku” turnirində II tura start verilib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Tacikistan yığması ilə qarşılaşıb.

 

İlk turda İrana 0:3 hesabı ilə uduzan Rafiq Mirzəyevin yetirmələri bu dəfə 1 xalla kifayətlənib – 2:2. Oyunun 13-cü dəqiqəsində Kamran Quliyev hesabı açsa da,  asiyalılar fasiləyədək tarazlıq yaradıb. 46-cı dəqiqədə Şakir Seyidov yığmamızı yenidən irəli çıxarsa da, komandamız bu dəfə də üstünlüyü əldən verib.

 

Qeyd edək ki, millimiz qrupdakı son oyununda Rusiya-2 ilə görüşəcək. Avqustun 11-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.