[b]Millimiz Xorvatiyaya qalib gəldi[/b]
18.06.2016 - 14:46
[b]Millimiz Xorvatiyaya qalib gəldi[/b]

Makedoniyanın Skopye şəhərində 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında UEFA İnkişaf turnirində növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi ikinci görüşündə Xorvatiya ilə üz-üzə gəlib.

 

Qarşılaşma millimizin üstünlüyü şəraitində keçib. Bunun nəticəsində Aycat Nemətova (20-ci dəqiqə), Vüsalə Seyfəddinova (55) və Anna Abulaşvilinin (66) vurduğu qollar yığmamıza 3:1 hesablı qələbə qazandırıb. Xorvatların təsəlli topunun müəllifi Vanessa Duymoviç (72) olub.

 

Qeyd edək ki, qızlarımız ilk görüşdə ev sahibi Makedoniya ilə qarşılaşmışdı. 2:2 hesabı ilə başa çatan həmin oyunda penaltilər seriyasını daha dəqiq yerinə yetirən (4:2) makedonlar qələbə qazanmışdılar.