[b]Millimizdə oynamaq türk futbolçuya baha başa gəldi[/b]
16.11.2016 - 19:32
[b]Millimizdə oynamaq türk futbolçuya baha başa gəldi[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya – Azərbaycan matçında millimizin heyətində debüt edən Dəniz Yılmaz üçün bu oyun nəticəsi ağır olub. Apasport.az saytının məlumatına görə, həmin görüşün 46-cı dəqiqəsində Ramil Şeydayevin əvəzinə meydana daxil olaraq yığmamızda ilk oynunu rəsmiləşdirən Almaniya doğumlu oyunçu Türkiyə Super Liqasında yerli oyunçu statusundan məhrum edilib.

 

Bu barədə “bursa.com” saytı xəbər yayıb. Bildirilib ki, yerli oyunçu statusu ləğv edilən Dəniz “Bursaspor”un 9-cu əcnəbi futbolçusu olub. Yılmaza qədər isə “yaşıl timsahlar” heyətində ən az əcnəbi oyunçu olan klub idi. İndi onlar bu göstəricidə “Kayserispor” və “Akhisar”a çatıblar.