[b]Millimizdən qolsuz heç-heçə[/b]
15.08.2017 - 10:35
[b]Millimizdən qolsuz heç-heçə[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Bosniya və Herseqovinanın

Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ilk matçına çıxıb.

 

Yığmamız Bosniya və Herseqovinanın U-17 yığması ilə görüşüb. Bu qarşılaşmada hesab açılmayıb – 0:0.

 

Qeyd edək ki, yığmamızın balkanlılarla daha bir görüşü nəzərdə tutulub.