[b]Millimizi Premyer Liqanın ən sürətli futbolçusu gözləyir[/b]
04.10.2017 - 12:31
[b]Millimizi Premyer Liqanın ən sürətli futbolçusu gözləyir[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizi qəbul edəcək Almaniya yığmasının futbolçusu Leroy Sane rekord göstəriciyə imza atıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının ən sürətli oyunçusu adını ələ keçirib.

 

Belə ki, Sane VII turda “Çelsi” ilə keçirilmiş matçda (1:0) 35,48 km/s sürət yığıb.

 

İngiltərə çempionatında bu göstəricilər 2014-cü ildən hesablanır. Buna qədər ən yüksək sürət həddinə 2015/16 mövsümündə “Lester”in hücumçusu Ceymi Vardi imza atmışdı.

 

Qeyd edək ki, Leroy Sane Almaniya yığmasının oktyabrın 8-də millimizlə keçirəcəyi oyuna dəvət alıb.