[b]Millimizin 218-cisi[/b]
12.11.2016 - 00:52
[b]Millimizin 218-cisi[/b]

Azərbaycan millisinin Şimali İrlandiya ilə DÇ-2018-in seçmə oyunu bir debütlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Belfastın “Vindzor Park” stadionunda keçirilən qarşılaşmanın 2-ci hissəsində Ramil Şeydayevin əvəzinə meydana çıxan Dəniz Yılmaz ilk dəfə yığmamızın formasını geyinib.

 

İlk rəsmi matçını 1992-ci ildə keçirən Azərbaycan millisinin 24 illik tarixindəki 226 matçda 217 futbolçu meydana çıxmışdı.

 

Milliləşən türkiyəli bu siyahıda 218-ci olub. Bunadək vətəndaşlığını dəyişən 45 oyunçusu olan yığmamızdakı legionerlərin sayı da 46-ya yüksəlib.

 

Qeyd edək ki, matçın ilk hissəsi millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.