[b]Yığmamızın “11-liy”i[/b]
07.04.2017 - 13:15
[b]Yığmamızın “11-liy”i[/b]

Futzal üzrə AVRO-2018-in sabah start götürəcək əsas mərhələsi Azərbaycan millisində ilklə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina ilə sabah keçiriləcək qarşılaşma Biro Jadenin baş məşqçi kimi ilk rəsmi sınağı olacaq.

 

Bunadək yalnız yoxlama oyunlarında milliyə rəhbərlik edən braziliyalı mütəxəssis dünya və Avropa çempionatlarında debütünü rəsmiləşdirəcək. Futzalçı kimi yığmamızla hər iki turnirdə oynayan “sambaçı” AVRO-2010-un final mərhələsinin bombardiri adını da qazanıb.

 

Biro Jadeyədək 10 mütəxəssis yığmamızı rəsmi turnirlərdə meydana çıxarıb. 69 belə matça çıxan millimizin yubiley – 70-ci görüşündə 11-ci baş məşqçi rəsmiləşəcək.

 

Qeyd edək ki, komandamızın rekordçusu Joze Alesio 23 oyunda milliyə rəhbərlik edib.

 

Baş məşqçi

DÇ

AVRO

CƏMİ

Joze Alesio

5

18

23

Faustino Peres

5

8

13

Hacıbala Abdullayev

4

5

9

Miltinyo

5

-

5

Əbdülqəni Nurməmmədov

-

5

5

Andrey Yudin

3

-

3

Elman Ələkbərov

-

3

3

Fazil Qarayev

-

3

3

Baba Əsgərov

-

3

3

Rüstəm Rəhimov

2

-

2

 

24

45

69