Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında yarışan millimiz artıq qrup mərhələsini arxada qoyub. Apasport.az saytının məlumatına görə, 2-ci qrupda Xorvatiya, Belarus və İsveçlə mübarizə aparan yığmamız mübarizəni lider kimi başa vuraraq, “pley-off”da oynamağa haqq qazanıb.
2016-cı ilin fevralın 12-də Serbiyanın paytaxtı Belqradda baş tutacaq püşakatma ilə futzalçılarımızın "pley off"dakı rəqibinin kimliyinə aydınlıq gələcək.
Yeddi qrupun liderləri ilə ikincilərini üz-üzə qoyacaq püşk zamanı eyni qrupda mübarizə aparmış komandalar yenidən bir-birilərinə rəqib ola bilməyəcəklər.
“Pley-off” oyunları isə 22 mart və 12 apreldə keçiriləcək. Qrupda ikinci yeri tutmuş kollektivlər ilk qarşılaşmalara ev sahibliyi edəcəklər.
İki oyunun nəticəsinə görə qalib gəlmiş 7 komanda isə 14 sentyabr 2 oktyabr arası Kolumbiyada keçiriləcək final turnirində iştirak edəcək.
Artıq millimizin potensial rəqibləri də bəllidir.
Qrupda birinci yeri tutanlar: Ukrayna, AZƏRBAYCAN, Rusiya, İspaniya, Qazaxıstan, Portuqaliya, İtaliya
Qrupda ikinci yeri tutanlar: Macarıstan, Belarus*, Serbiya, Hollandiya, Sloveniya, Polşa, Slovakiya
*Azərbaycan yığması Belarusla eyni qrupda mübarizə apardığı üçün “pley off” mərhələsində rəqib ola bilməz.
- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
- “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü