Azərbaycan yığmasının mayın 23-dən iyunun 4-dək baş tutacaq Avstriya toplanışında keçirəcəyi yoldaşlıq görüşlərinin başlanma vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, matçların keçiriləcəyi məkanlar, həmçinin millimizin bu oyunlara hansı formada çıxacağı da müəyyənləşib.
Mayın 26-da Andorra ilə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da (yerli vaxtla 18:00) start götürəcək. Bad Erlax qəsəbəsində baş tutacaq oyuna Robert Prosineçkinin yetirmələri qırmızı rəngli formada çıxacaqlar. Yığmamızın qapıçısı isə qara formada oynayacaq.
Komandamız toplanış çərçivəsində növbəti yoldaşlıq görüşünü mayın 29-da Makedoniyaya qarşı keçirəcək.
Şvadorfda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 19:00-da (yerli vaxtla 17:00) start götürəcək. Millimiz yenə qırmızı rəngli formadan istifadə edəcək. Komandamızın qapıçısı isə sarı formada meydana çıxacaq.
İyunun 3-də isə yığmamızın rəqibi Kanada olacaq. Rohrbax an der Lafnits bölgəsində keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da (yerli vaxtla 19:00) başlayacaq. Komandamız bu dəfə göy rəngli forma ilə meydana çıxacaq. Qapıçımız isə oyunu qara formada keçirəcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi