İslam Həmrəyliyi Oyunlarına hazırlaşan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının açıq məşqi və baş məşqçi Yaşar Vahabzadənin mətbuat konfransının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, hər iki tədbir mayın 3-də baş tutacaq.
Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzinin meydanında keçiriləcək açıq məşq saat 12:00-da başlayacaq. Hazırlıq prosesi başa çatdıqdan dərhal sonra isə Məşq Mərkəzinin konfrans zalında baş məşqçi Yaşar Vahabzadənin mətbuat konfransı keçiriləcək.
Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələri üçün ayrılmış nəqliyyat vasitəsi saat 11:15-də AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
Mənbə: affa.az