[b]Millimizin futbolçusu Almaniyada qol vurdu[/b]
26.08.2017 - 18:08
Almaniyanın II Bundesliqasında IV tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Aue” növbəti oyununu keçirib.
Onun komandası evdə “Nürnberq”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 3:1 hesablı qələbə qazanıb.
Strat heyətdə meydana çıxan və 90 dəqiqə oyunda olan yarımmüdafiəçimiz komandasının qələbəsində pay sahibi olub. “10 nömrə” 73-cü dəqiqədə komandasının 2-ci qoluna imza atıb.
Qeyd edək ki, 4 turdan sonra 4 xala malik “Aue” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
0
0