[b]Millimizin növbəti rəqibi bəlli oldu[/b]
15.01.2017 - 19:28
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-16-cı yerlər uğrunda mübarizəsini davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün İrana qalib gələn yığmamızın növbəti rəqibi də bilinib.
Millimiz turnirdə növbəti oyununu yanvarın 17-də Estoniya komandasına qarşı keçirəcək.
Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
0
0