Rusiya və Azərbaycanın U-21 yığmaları arasındakı oyun bir dəqiqəlik sükutla başlayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində oynanılacaq qarşılaşmadan öncə martın 19-da Rostovda baş vermiş təyyarə qəzasının və martın 22-də Brüsseldə yaşanmış terror hadisəsinin qurbanları yad ediləcək.
Rusiyanın gənclər millisiylə yanaşı, bu ölkənin əsas komandasının Litvayla yoxlama oyunundan öncə də bir dəqiqəlik sükut elan olunacaq.
Qeyd edək ki, iki ölkənin gənclər milliləri arasındakı matç martın 24-də, Rostovun "Olimp-2" stadionunda baş tutacaq.