17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunun II turunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iştirak etdiyi qrupun sabahkı görüşlərini idarə edəcək hakimlər və rəsmilər müəyyənləşib.
Millimizin Avstriya ilə keçiriləcək qarşılaşması Farer adaları və Rumıniyadan olan hakimlərə həvalə olunub. Rumıniyanın Buftea şəhərində baş tutacaq görüşün baş hakimi ada təmsilçisi Petur Reynert olacaq. Ona həmyerlisi Endryu Kristensen və rumıniyalı Daniel Mitruti kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyası rumın Katalin Qaman yerinə yetirəcək. Sonuncu dünən İngiltərə ilə baş tutan matçda da (0:2) hakimlər briqadasında yer almışdılar.
Çexiyalı Patrik Filipek görüşün UEFA nümayəndəsi, irlandiyalı Gerard Perri hakim-inspektoru olacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.