[b]Millimizin rəqibi baş məşqçi postuna daha bir namizəd tapdı[/b]
17.11.2016 - 13:23
[b]Millimizin rəqibi baş məşqçi postuna daha bir namizəd tapdı[/b]

Per-Matias Hoqmo ilə yolları ayıran Norveç yığmasının baş məşqçisi vəzifəsinə daha bir namizədin adı açıqlanıb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Skandinaviya təmsilçisi keçmiş futbolçu Ole-Qunnar Sulşerin xidmətində maraqlıdı.

 

Hazırda “Molde” klubunu çalışdıran Norveç yığmasının sabiq hücumçusu ilə danışıqlara start verilib. Assosiasiya rəhbərliyi ilk olaraq, Stole Solbakken və Erik Hamren variantını nəzərdən keçirsə də, Sulşerin bu posta gətirilməsi daha məqsədəuyğun sayılır.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızla eyni qrupda mübarizə aparan norveçlilər gənc məşqçinin gətirilməsinin tərəfdarıdılar.