DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Norveç yığması baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, skandinaviyalıların çalışdırıcısı Per-Matias Hoqmo postunu tərk edib.
Bu barədə məlumatı Norveç Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə bəyan edib.
Xəbərdə bildirilir ki, Hoqmonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, sözləşməsinin sonuna qədər nəzərdə tutulan məvacibi tam ala biləcək.
Qeyd edək ki, Azərbaycan millisi ilə keçirdiyi ilk görüşdə meydanı məğlub tərk edən Norveç cari seçmə mərhələdə 4 oyundan sonra cəmi 3 xal toplayıb.