[b]Millimizin rəqibi cəzalandırıldı[/b]
19.12.2016 - 19:00
[b]Millimizin rəqibi cəzalandırıldı[/b]

5 ölkənin futbol federasiyası FİFA tərəfindən cəzalandırılıb. Apasport.az saytı xəbər verir ki, siyahıda millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Şimali İrlandiyanın da adı yer alıb.

 

Ali futbol qurumu Şimali İrlandiya ilə yanaşı, İngiltərə, Şotlandiya, Uels və İrlandiya futbol federasiyalarına da cərimə kəsib. FİFA Şimali İrlandiyanı 11 min 700 funt-sterlinq məbləğində cərimələyib.

 

Adıçəkilən yığmalar Böyük Britaniyadakı münaqişələrdə dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün oyunlar zamanı üzərində xaş-xaş olan emblemli formalardan istifadə ediblər. FİFA isə bunun siyasi məna kəsb etdiyini əsaslandıraraq, həmin ölkələrin federasiyalarına cərimə tətbiq edib.