[b]Millimizin rəqibi oyunçu tapmır[/b]
19.06.2016 - 00:33
[b]Millimizin rəqibi oyunçu tapmır[/b]

Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O'Nil ölkəsindəki futbolçu qıtlığından danışıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis Şimali İrlandiyada peşəkar futbolçuların azlığından şikayətlənib.

 

"Bizim ölkədə peşəkar futbolçuların sayı 40-dan azdı. Yığmanı da onlardan formalaşdırmağa məcburam. Mən bütün aşağı liqalarda oynayan futbolçuların oyununu izləyirəm.

Əlbəttə, bu, o qədər də cəlbedici iş deyil. Ancaq işim budusa, bunu etməliyəm" – deyə mütəxəssis bildirib.

 

Qeyd edək ki, Şimali İrlandiya AÇ-2016-nın qrup mərhələsində keçirdiyi oyunlarda Polşaya məğlub olub (0:1), Ukraynaya isə qalib gəlib (2:0).