[b]Millimizin rəqibində yeni müqavilə[/b]
29.10.2016 - 10:06
[b]Millimizin rəqibində yeni müqavilə[/b]

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Almaniya millisində baş məşqçi Yoahim Lövün fəaliyyəti federasiya rəhbərliyinin ürəyincədi. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu üzdən federasiya təcrübəli mütəxəssislə yeni müqavilə bağlamaq qərarına gəlib.

 

Tərəflər arasında imzalanmış yeni sazişə əsasən, Löv 2020-ci ilə qədər Bundestimin “sükanı arxası”nda olacaq. Bununla bağlı rəsmi açıqlama oktyabrın 31-də veriləcək.

 

Qeyd edək ki, C qrupunda keçirdiyi ilk 3 matçda maksimum nəticə göstərən lider Almaniyanı 7 xalla Azərbaycan millisi izləyir. Bu komandalar arasında ilk görüş gələn il, martın 26-da Bakıda baş tutacaq.