[b]Millimizin rəqibindən böyükhesablı qələbə[/b]
30.08.2016 - 10:29
[b]Millimizin rəqibindən böyükhesablı qələbə[/b]

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqiblərindən İran yığması yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, iranlılar Özbəkistan seçməsini sınağa çəkiblər.

 

Məşhəd şəhərinin “Şəhit Beheşti” kompleksində baş tutan görüş İran yığmasının üstünlüyü ilə keçib. Nəticədə millimizin rəqibi 3:0 hesablı qələbəyə sevinib. Komandanın heyətində qollara Farhad Tavakkoli, Mohammad Taheri və Mohammad Keşavarz imza atıblar.

 

Qeyd edək ki, sentyabrın 10-dan oktyabrın 1-nə qədər Kolumbiyada keçiriləcək dünya çempionatında İran yığması Azərbaycan, Mərakeş və İspaniya ilə eyni qrupda mübarizə aparacaq.