[b]Millimizin rəqibinin futbolçusu Fransaya köçür[/b]
24.12.2016 - 01:58
[b]Millimizin rəqibinin futbolçusu Fransaya köçür[/b]

Millmizin DÇ-2018-in seçmə mərhələsində rəqiblərindən biri olan Almaniya yığmasının futbolçusu Yulian Draksler karyerasını Fransada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, "Volfsburq"un 23 yaşlı yarımmüdafiəçisi PSJ-yə keçməyə qərar verib.

 

Anlaşma 5 illik nəzərdə tutulub.

 

Artıq klublar da öz aralarında danışıqlarda razılıq əldə ediblər. Paris klubu 38 milyon funt sterlinqə başa gələn bu transferi yaxın vaxtda açıqlayacaq.

 

Qeyd edək ki, futbolçunun çıxışından asılı olaraq məbləğ daha da arta bilər.