[b]Millimizin rəqibinin heyətində 4 itki[/b]
09.11.2016 - 19:47
[b]Millimizin rəqibinin heyətində 4 itki[/b]

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Almaniya millisi ciddi itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, “bundestim” San Marino ilə oyunda birdən-birə 4 oyunçusunun xidmətindən məhrum olacaq.

 

Belə ki, daha əvvəl müdafiəçi Jerom Boatenq və Toni Kroosun adıçəkilən qarşılaşmada oynamayacağı bəlli idisə, bu iki oyunçuya qapıçı Manuel Noyer və yarımmüdafiəçi Yulian Brandt da qoşulub.

 

Hər iki oyunçu xəstəlik səbəbindən yığmadan uzaq düşüb.

 

Qeyd edək ki, San Marino – Almaniya oyunu noyabrın 11-də keçiriləcək.