[b]Millimizin rəqibləri bəlli oldu[/b]
03.08.2016 - 19:01
[b]Millimizin rəqibləri bəlli oldu[/b]

Bu gün çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, seçmə oyunların keçiriləcəyi İtaliyanın Ezolo şəhərində baş tutan mərasimdə milli komandamızın da rəqiblərinin kimliyi bilinib.

 

2-11 sentyabr tarixləri arasında keçiriləcək oyunlarda millimiz G qrupunda Macarıstan, Fransa və Bolqarıstanla mübarizə aparacaq.

 

4 komandadan ibarət 7 qrupda ilk iki yeri tutan və daha iki ən yaxşı komanda ümumilikdə FİFA-2017-də çıxışa imkan verəcək 4 vəsiqə uğrunda yarışacaqlar.

 

Bütün qrupları təqdim edirik.

 

A qrupu: İtaliya, Belarus, Türkiyə, Serbiya

B qrupu: Portuqaliya, İngiltərə, Rumıniya, Moldova

C qrupu: Rusiya, Almaniya, Norveç, Qazaxıstan

D qrupu: İsveçrə, Yunanıstan, Hollandiya, Litva

E qrupu: İspaniya, Polşa, Estoniya, Danimarka

F qrupu: Ukrayna, Çexiya, Avstriya, Gürcüstan

G qrupu: Macarıstan, Fransa, AZƏRBAYCAN, Bolqarıstan

 

Qeyd edək ki, Dünya Kuboku gələn il Baham Adalarında keçiriləcək.