[b]Millimizin sabiq çalışdırıcısına görə Braziliyada matəm elan olundu[/b]
26.10.2016 - 10:26
[b]Millimizin sabiq çalışdırıcısına görə Braziliyada matəm elan olundu[/b]

Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliyada matəm elan olunub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, matəm 3 günlük nəzərdə tutulub.

 

Əfsanəvi futbolçunun yas mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında baş tutacaq, binanın qarşısındakı bayraqlar endiriləcək. Bundan əlavə, Braziliya Futbol Konfederasiyasının təşkil etdiyi bütün futbol oyunlarından öncə 1 dəqiqəlik sükut olacaq.

 

Qeyd edək ki, dünən 72 yaşında vəfat edən Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.