Azərbaycan yığmasının keçmiş hücumçusu Cihan Özkara klubu “Preusen Münster”ə lazım deyil. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bunu “Preusen Münster”in baş məşqçisi Steffen Hörst deyib.
24 yaşlı forvardın aşağı liqa təmsilçisi ilə 2017-ci ilin yayına qədər müqaviləsi olsa da, məşqçilər korpusu onun xidmətində maraqlı deyil. Hörst Cihanla müqaviləyə xitam vermək istədiklərini bildirib. Əgər futbolçu buna razılıq verməsə, o zaman qarşıdakı mövsümü yalnız komanda ilə məşq keçirməklə kifayətlənəcək.
Yay fasiləsində Türkiyənin I liqa təmsilçisi “Sivasspor”dan transfer edilən Cihan Özkara geridə qalan mövsümdə cəmi 4 oyunda start heyətində meydana çıxıb.
Qeyd edək ki, 2015-ci ildə icarə əsasında “Simurq”da çıxış etmiş Özkara yığmamızın heyətində keçirdiyi 18 oyunda 1 qola imza atıb.
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- “Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
- Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi