[b]Millimizin sabiq üzvü Gürcüstan çempionatında debüt etdi[/b]
08.08.2016 - 09:31
[b]Millimizin sabiq üzvü Gürcüstan çempionatında debüt etdi[/b]

Azərbaycanlı futbolçu Rasim Ramaldanov Gürcüstan çempionatında ilk matçına çıxıb. Yay fasiləsində “Kolxeti” klubu ilə anlaşan millimizin sabiq üzvü 2016-17 mövsümünün 1-ci turunda “Zuqdidi” ilə səfər qarşılaşmasında debüt edib.

 

Start heyətində meydana daxil olan millimizin sabiq üzvü 73 dəqiqə mübarizə aparıb. Həmin dəqiqədə 30 yaşlı futbolçunu komanda yoldaşı Aliko Çakvetadze əvəzləyib. Oyun isə “Kolxeti”nin qələbəsi ilə yekunlaşıb.

 

Poti klubuna 3 xalı gətirən yeganə qola 26-cı dəqiqədə Omar Qoqonaya penaltidən imza atıb.