Azərbaycan millisinin futbolçusu Ufuk Budak Türkiyədə növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, müdafiəçinin formasını geyindiyi “Manisaspor” 1-ci liqanın XXXI turunda “Altınordu”nu qəbul edib.
Meydana start heyətində daxil olan sol cinah müdafiəçisi 90 dəqiqəni əvəz edilmədən keçirib. Oyun isə qonaq komandanın 2:0 hesablı qələbəsi ilə nəticələnib. “Manisaspor” son 5 dəqiqəni azlıqda keçirib. Belə ki, komandanın digər müdafiəçisi Nikola Mikiç birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Manisalılar ikinci qolu da məhz bundan sonra buraxıblar.
Qeyd edək ki, bu nəticədən sonra “Manisaspor” aktivindəki 33 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.