[b]Millimizin üzvü Almaniya klubundan ayrılır?[/b]
25.03.2016 - 14:00
[b]Millimizin üzvü Almaniya klubundan ayrılır?[/b]

Azərbaycan yığmasının üzvü Dmitri Nazarov “Karlsrue” klubundan ayrıla bilər. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün sonunda II Bundesliqa təmsilçisini tərk etməyə çox yaxındı.

 

Belə ki, yayda 7 futbolçunun “Karslrue”dən göndəriləcəyi gözlənilir. Həmin siyahıda Nazarovun da adı var. Qrişa Promel, Dennis Kempe, Daniel Qordon, Yonas Meffert, Dominik Peyts və Saşa Trautla yanaşı, millimizin üzvünün də komandadan ayrılmaq ehtimalı yüksəkdi.

 

Almaniya mətbuatı Nazarovun mövsümün əvvəlində yaxşı çıxış etdiyini, mütəmadi olaraq, əsas heyətdə meydana çıxdığını qeyd etməklə yanaşı, onun son vaxtlar ehtiyat oyunçuya çevrildiyini vurğulayıb.

 

Nazarovun “Karlsrue” ilə müqaviləsinin müddətinin yayda başa çatması və hələ ki, ona yeni sözləşmənin təklif olunmaması təcrübəli futbolçunun mövsümün sonunda komandasını dəyişmək ehtimalını artırır.

 

Qeyd edək ki, 2013-cü ildən “Karslrue”nin formasını geyinən Nazarov 2014-cü ildən Azərbaycan yığmasına dəvət alır. O, millimizin heyətində meydana çıxdığı 14 matçda 4 qola imza atıb.