[b]Millimizin üzvü ilə danışıq aparan klub Yerronu gətirdi[/b]
08.06.2016 - 10:17
[b]Millimizin üzvü ilə danışıq aparan klub Yerronu gətirdi[/b]

Azərbaycan yığmasının futbolçusu Elnur Cəfərovla maraqlanan “Ovyedo” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, İspaniya təmsilçisi Madrid “Real”ının sabiq kapitanı Fernando Yerro ilə ilkin razılığa gəlib. 

 

Tərəflər arasında 2 illik müqavilə imzalanacaq. Yerro ilə yanaşı, bu posta Bernd Şuster və Xoakin Kaparrosun da adı hallanırdı. Yerro əvvəllər “Real”da köməkçi məşqçi, “Malaqa” və İspaniya yığmasında isə idman direktoru vəzifəsini icra edib.

 

“Ovyedo” “Xəzər Lənkəran”ın yetirməsi Elnur Cəfərovla uzun müddətdi danışıq aparır. 19 yaşlı hücumameyilli yarımmüdafiəçinin Sequnda təmsilçisinə keçib-keçməyəcəyi hələ də dəqiqləşməyib.

 

Qeyd edək ki, “Ovyedo” Sequndanın ötən mövsümünü 9-cu pillədə başa çatdırıb.