[b]Millimizin üzvü Ukrayna klubunda[/b]
25.06.2016 - 11:06
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayev özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu karyerasını yenidən Ukraynada davam etdirəcək.
Belə ki, Paşayev bu ölkənin “Stal” klubu ilə müqavilə imzalayıb. Məlumatı Kamensk təmsilçisinin rəsmi saytı da təsdiqləyib.
Razılaşmaya əsasən, Pavel qarşıdakı 2 ili “Stal”ın heyətində keçirəcək.
Qeyd edək ki, bu ilin fevralında “Qəbələ”yə keçən Paşayev “qırmızı-qaralar”dakı 3 aylıq karyerası ərzində cəmi 45 dəqiqə meydanda olub.
0
0