[b]Millinin baş məşqçisi postuna 4 namizəd[/b]
09.08.2016 - 18:51
[b]Millinin baş məşqçisi postuna 4 namizəd[/b]

Rusiya milli komandasının yeni baş məşqçisinin adının açıqlanacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AÇ-2016-dakı uğursuzluqdan sonra Leonid Slutskini istefaya göndərən şimallılar yeni çalışdırıcını avqustun 11-də müəyyənləşdirəcək.

 

Bu, Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin yığıncağında bəlli olacaq. Futbol Evində baş tutacaq tədbirdə baş məşqçi postuna namizədlərdən hansına üstünlük verildiyi bilinəcək.

 

Hazırda Rusiya yığmasının başına keçməyə 4 namizəd var. Bunlar Stanislav Çerçesov, Kurban Berdıyev, Aleksandr Borodyuk və Sergey Semakdı.