[b]Millinin üzvü 2 il müddətinə futboldan uzaqlaşdırıldı[/b]
18.11.2016 - 15:50
[b]Millinin üzvü 2 il müddətinə futboldan uzaqlaşdırıldı[/b]

Moskva MOİK-nin yarımmüdafiəçisi Roman Yeryomenko UEFA tərəfindən ağır cəzaya məruz qalıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb futbolçunun qadağan olunmuş maddələrdən istifadə etməsidi.

 

29 yaşlı oyunçu sentyabrın 14-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Bayer”lə keçirilən qarşılaşmadan sonra dopinq-testdən keçmiş və nəticəsi müsbət çıxmışdı. Finlandiya millisinin üzvünün qanında kokain və metabolit aşkar edilib. UEFA əvvəlcə oktyabrın 6-da onu 1 ay müddətinə diskvalifikasiya etmişdi. Lakin indi futbolçu 2 illik futboldan uzaqlaşdırılma cəzasına məruz qalıb.

 

Yeryomenkonun bu cəzaya etiraz olaraq apelyasiyaya müraciət etmək üçün 3 gün vaxtı var.