“Oyunu çox yaxşı keçirdik. Bütün 90 dəqiqə ərzində rəqibi üstələdik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının kapitanı Luka Modriç deyib.
DÇ-2018-in pley-off mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstanı qəbul edən xorvatlar 4:1 hesablı qələbə qazanıblar.
Matçdan sonra ölkəsinin mətbuatına açıqlama verən Modriç oyundan əvvəl bu nəticəni gözləmədiklərini etiraf edib: “Nəticədən məmnunuq. Açığı, bu hesabı gözləmirdik. Amma qapımızdan qol buraxmamalıydıq. İstənilən halda, 4:1 hesablı qalibiyyətdən narazı olmaq mümkün deyil. Düşündüyümüzdən də yaxşı qələbə qazandıq. İndi cavab matçını fikirləşməliyik. Eyforiyaya qapılmaq lazım deyil”.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü isə noyabrın 12-də keçiriləcək.
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir