[b]Moldovanın baş məşqçisi: Bu, etik olmaz[/b]
06.01.2018 - 20:56
[b]Moldovanın baş məşqçisi: Bu, etik olmaz[/b]

Antalyada təlim-məşq toplanışı keçirəcək milli komandamızın rəqiblərindən birinin Moldova yığması olacağı haqqında xəbər vermişdik. Apasport.az saytının məlumatına görə, bu, komandamızın yeni baş məşqçisi Qurban Qurbanovun yığmanın sükanı arxasında ilk oyunu olacaq.

 

Maraqlıdı ki, rəqibimizin baş məşqçi postunda isə qeyri-müəyyənlik hökm sürür. Belə ki, komandanın son çalışdırıcısı İqor Dobrovolskinin müqaviləsi bu ayın 31-də başa çatacaq.

 

Ukraynalı mütəxəssislə əlaqə saxlayaraq ondan həm gələcək taleyi, həm də qarşıdakı matçla bağlı fikirlərini öyrənmək istəsək də, İqor İvanoviç bundan imtina etdi: “Bilirsiz, mənim müqaviləm bu ayın 31-də başa çatacaq. Amma artıq de-fakto Moldova millisinin baş məşqçisi deyiləm. Ona görə də qarşıdakı oyunla bağlı nəsə danışsam, bu, etik olmaz. Hər iki komandaya uğurlar arzulayıram”.

 

Qeyd edək ki, bir zamanların məşhur futbolçusu olan Dobrovolski 2016-cı ildən Moldova millisinə rəhbərlik edirdi.

0