[b]Montellanın əvəzinə Mançini[/b]
07.02.2017 - 17:04
“Milan”ın baş məşqçisi postunda dəyişiklik edilə bilər. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “rossonyerlər” Vinçentso Montella ilə yolları ayırmağı planlaşdırırlar.
Onu Roberto Mançini əvəz edə bilər. “Milan”ın rəhbərliyində ediləcək dəyişikliklərdən sonra 52 yaşlı çalışdırıcı ilə danışıqlara start veriləcək.
Qeyd edək ki, məşqçilik karyerası ərzində “Fiorentina”, “Latsio”, “Mançester Siti” və “Qalatasaray” klublarını çalışdırmış Mançininin son iş yeri “İnter” olub.
0
0