[b]Monteneqro millisinin baş məşqçisi Azərbaycanla oyundan danışdı[/b]
10.06.2016 - 11:50
[b]Monteneqro millisinin baş məşqçisi Azərbaycanla oyundan danışdı[/b]

“Əsas məqsədimiz təcrübəmizi artırmaqdı. Ancaq buna baxmayaraq, hər bir oyunda qələbə qazanmaq istəyindəyik”. Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin baş məşqçisi Vladimir Milaçiç deyib.

 

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II dövrəsi öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, Bardakı oyunlardan fərqli, Renndə baş tutacaq görüşlərdə daha iddialı olacaqlar: “Çalışacağıq ki, qrupdakı yerimizi qoruyaq. Rəqiblərin oyununu artıq daha yaxşı öyrəndiyimizdən buna ümidimiz böyükdü. Düzdü, komandamızda itkilər var. Lakin bunu lazımınca sığortalamağa çalışacağıq”.

 

Milaçiç Azərbaycanla oyunda sensasiya edəcəklərinə az inanır. Onun sözlərinə görə, Monteneqroda baş tutacaq oyunlar müqayisədə daha yaxşı oynamağa çalışacaqlar: “Azərbaycan millisi çox güclüdü. Heyətləri əla voleybolçulardan qurulub. Barla müqayisədə daha yaxşı oynamağa çalışacağıq. İspaniya və Fransa ilə qarşılaşmalarda da ciddi müqavimət göstərəcəyimizə ümid edirəm”.

 

Qeyd edək ki, Azərbaycan – Monteneqro oyunu bu gün olacaq. Yığmamız 9 xalla B qrupuna liderlik etdiyi halda, rəqib 5 xalla ikinci yerdədi.