[b]Monteneqro yığmasının hücumçusu Azərbaycanda klub axtarır[/b]
21.01.2016 - 13:16
[b]Monteneqro yığmasının hücumçusu Azərbaycanda klub axtarır[/b]

Monteneqro yığmasının hücumçusu İvan İvanoviç karyerasını ölkəmizdə davam etdirə bilər. Apasport.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, bu barədə futbolçu menecerinə göstəriş verib.

 

Qazaxıstanlı həmkarlarımız son klubu “Atırau” olan və bu komandada keçirdiyi 25 oyunda cəmi 1 dəfə fərqlənən 27 yaşlı forvardın Azərbaycan variantını nəzərdən keçirdiyini vurğulayıblar.

 

Qeyd edək ki, İvan İvanoviç 2013-cü ildə Monteneqro yığmasının heyətində 1 oyun keçirib.

0